...

Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov ilə  ABŞ-ın Enerji Departamentinin nümayəndələri arasında görüş keçirilib

Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov ilə  ABŞ-ın Enerji Departamentinin nümayəndələri arasında görüş keçirilib
ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (DOE/NNSA) nümayəndələri  Naxçıvana səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzini ziyarət edib, mərkəzdəki avadanlıqlar və mühafizə sistemləri ilə tanış olaraq fiziki mühafizənin təminatı və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Onlar, həmçinin, Onkoloji Mərkəzdəki yüksək radioaktiv mənbələrin qorunmasına yönələn texniki və praktiki tədbirlərlə tanış oldular. 
Daha sonra Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov nümayəndələri qəbul edib. Görüşdə,  Naxçıvan Onkoloji Mərkəzindəki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müvafiq avadanlıqların təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər, gələcəkdə bu sahədəki əməkdaşlığın genişləndirilməsi və radioloji təhlükəsizliyin təmin edilməsi üçün müvafiq addımların atılması istiqamətində razılığa gəliblər. Nazir, həmçinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün  Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə də məlumat təqdim edib.
Bu səfər, ABŞ ilə Azərbaycanın nüvə təhlükəsizliyi sahəsindəki uzunmüddətli əməkdaşlığının bir hissəsi olaraq, yüksək təhlükəli radioaktiv mənbələrin təhlükəsizliyinin təmin edilməsi məqsədinə xidmət edir.